12px13px15px17px
Tarix:07/01/19

“Chrome OS” sistemli ilk “Asus” planşeti təqdim olunub

“Asus” şirkəti planşet kompüter buraxılışı üzrə istehsal xəttini yeni “Chromebook Tablet CT100” modeli ilə genişləndirib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, bu, şirkət tarixində “Chrome OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğudur. Korpusu rezin şassi ilə təchiz edilən planşet 1 metr hündürlükdən düşməyə dözümlüdür.

Məlumata görə, yeni qurğunun ekran ölçüsü 9,7 düym, təsvir ölçüsü QXGA 2048 х 1536 piksel təşkil edir. Bundan əlavə, məlumatları elektron qələmlə (stilus) daxil etmək imkanından yararlanmaq olar. Planşetin əsasını məxsusi olaraq “Chrome OS” sistemli qurğular üçün hazırlanan altınüvəli “OP1” prosessoru təşkil edir. Akkumulyator tutumu 35 vatt-saata bərabər modelin operativ yaddaşı 4 giqabayt, quraşdırılmış yaddaşı isə 32 giqabaytdır. Bu, birgünlük aktiv iş üçün yetərli hesab olunur.

“ASUS Chromebook Tablet CT100” planşetinin qiyməti və satışa çıxarılma müddəti açıqlanmır.

Nizam Nuriyev





Baxış sayı: 182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Yanvar 2019

22 01 2019

22/01/19
Süni intellektdən istifadə edən şirkətlərin sayı 4 il ərzində 270% yüksəlib

“Gartner”in analitiklərinin məlumatına görə, iş prosesində süni intellektdən istifadə edən şirkətlərin sayı 4 

22/01/19
“Facebook” ucqar rayonlarda internetin təmin edilməsi üçün pilotsuz təyyarələrin sınaqlarını bərpa edib

“Facebook” planetin ucqar rayonlarında interneti təmin etmək üçün günəş batareyası ilə işləyən pilotsuz 

22/01/19
Qan damarlarında hərəkət edən nanorobot yaradılıb

İsveçrə mühəndisləri insanın qan damarları vasitəsilə hərəkət edən nanorobot icad ediblər. Qurğu 

22/01/19
Yeni mobil proqram beyin fəaliyyətini yaxşılaşdırmağa kömək edəcək

Böyük Britaniya alimlərinin yaratdığı “Decoder” mobil əlavəsi konsentrasiya qabiliyyətini artırmağa 

22/01/19
Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək

“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı

22/01/19
“Google” şirkəti 50 milyon avro cərimələnib

Fransa Milli İnformasiya və Vətəndaş Azadlığı Komissiyası (CNIL) “Google” şirkətini ötən ilin 

22/01/19
Xərçəng xəstəliyinə qarşı “ağıllı” həblər yaradılacaq

“Proteus” startapı kiçikölçülü sensorlarla təchiz edilmiş "ağıllı həb" istehsalçısı kimi tan

22/01/19
“WhatsApp” istifadəçiləri üçün yeni məhdudiyyət tətbiq edilib

“WhatsApp” messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb