12px13px15px17px
Tarix:20/04/19

Ən köhnə messencerlərdən birinin fəaliyyəti dayandırılır

Tezliklə mesajlarla mübadilə üçün ən köhnə xidmətlərdən biri olan “BlackBerry Messenger”in fəaliyyəti dayandırılacaq. Bu haqda son 3 ildə bu layihəni idarə edən “Emtek” şirkəti məlumat verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 31 may 2019-cu ildən etibarən “BlackBerry Messenger”in fəaliyyəti dayandırılacaq: istifadəçilər köhnə şəkil, mesaj və başqa fayllara baxmaq üçün sözügedən xidməti öz qurğusunda işə sala bilməyəcəklər. Bu məlumatları itirməmək üçün istifadəçilərə yuxarıda göstərilən müddətədək məzmunu yükləmək tövsiyə edilir.
 
“BlackBerry” şirkətinin rəsmiləri etiraf ediblər ki, messencerlər bazarı çox dinamik inkişaf edir və “BlackBerry Messenger”in istifadəçiləri başqa platformalardan istifadə edirlər.
 
Emil Hüseynov




Baxış sayı: 554

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024