12px13px15px17px
Tarix:14/05/19

Yüksəksürətli internet üçün “SpaceX” peyklərinin şəkilləri dərc edilib

“SpaceX” şirkətinin təsisçisi İlon Maskın “Twitter” səhifəsində dünya peyk sisteminin əsasını təşkil edəcək 60 “Starlink” peykinin şəkli dərc olunub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, şirkət yaradıcısının sözlərinə görə, “SpaceX” peyklərin buraxılışını mayın 15-də “Falcon 9” raketdaşıyıcısı vasitəsilə planlaşdırır. “Starlink” peykləri İ.Maskın yüksəksürətli internet üçün peyklər şəbəkəsinin yaradılması üzrə planının tərkib hissəsidir. O, layihə barədə ilk dəfə 2015-ci ildə məlumat verib və hazırda 12 mindən ibarət şəbəkə yaratmağa hazırlaşır. Plan həyata keçiriləcəyi təqdirdə bütün internet istifadəçiləri yaşayış yerindən asılı olmayaraq məlumatları orta göstəricidən təxminən 40 dəfə daha sürətli yükləmək imkanı əldə edəcəklər. “SpaceX” nümayəndələri bu xidmət üçün ödənişin nə qədər olacağı barədə məlumat verməsələr də, layihənin məqsədi tariflərin aşağı səviyyədə saxlanılmasından ibarətdir.

 

“SpaceX” şirkəti fevralda “Falcon 9” raketdaşıyıcısının uğurlu buraxılışını həyata keçirərək “Starlink” sisteminin “Tintin A” və “Tintin B” eksperimental peyklərini orbitə çıxarıb. Növbəti buraxılış sənaye istehsalı səviyyəli peyklərin son versiyasının buraxılışını nəzərdə tutur. İ.Maskın sözlərinə görə, kiçik ərazini internetin əhatə dairəsinə daxil etmək üçün hər biri 60 peyk olmaqla daha 6 buraxılışın həyata keçirilməsi tələb olunduğu halda məhdudlaşdırılmış əhatə dairəsi üçün 12 belə peyk lazımdır.

 

“SpaceX” şirkəti 2020-ci ildə ilk zonaları internetlə əhatə etmək niyyətindədir.

 

“Starlink” şəbəkəsi optik-lif şəbəkələri ilə müqayisədə hazırkı siqnal paylama sistemləri ilə deyil, simsiz rabitə şəbəkəsinə birbaşa çıxış vasitəsilə internetə daha sürətli çıxışı nəzərdə tutur.

 

Nizam Nuriyev





Baxış sayı: 192

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 İyun 2020

02 06 2020

02/06/20
Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək

1,5 illik planlaşdırmadan sonra “FABULOS” şəhər avtobuslarının hərəkətinin avtomatlaşdırılması

02/06/20
Adil Qəribova və Arif Məmmədova “Şöhrət” ordeni təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif

02/06/20
“Zoom” ödənişli tariflə şifrləmə texnologiyası reallaşdırır

“Zoom” video konfransları qeydiyyatdan keçmədən bütün istəyən şəxslərin iştirakı üçün açıla

02/06/20
“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

“ZTE” şirkəti “MediaTek Dimensity 800” çipseti ilə təchiz edilmiş ucuz “Axon 11 SE

02/06/20
“Realme Smart TV” modelləri satışa çıxarılır

“Realme” şirkəti bu gün Hindistanda ilk “Realme Smart” televizorlarının satışına başlayır.

02/06/20
“Huawei Mobile WiFi 3” marşrutlayıcısı 16 qoşulmuş qurğunu dəstəkləyir

Çinin telekommunikasiya nəhəngi “Huawei” əsasən səyahətçilər üçün nəzərdə tutulan

02/06/20
Çinin yeni teleskopu UNO axtaracaq

Çin hökumətinin məlumatına görə, onlar sentyabrda yerdən kənar həyatın axtarışlarına başlayacaq. Bu məqsə

02/06/20
Yeni “iPhone” modellərinin istehsalına nə vaxt başlanacaq?

“Apple” şirkəti bu dəfə yeni nəsil “iPhone” smartfonlarını hər il olduğu kimi sentyabrda deyil, oktyabrda

02/06/20
“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən ye