12px13px15px17px
Tarix:07/06/19

Şirkətlərin məlumatların effektsiz idarəetməsindən illik itkiləri 20 milyon dollara çatır

Korporativ infrastrukturun idarəetməsi üçün “Veeam Software” informasiya texnologiyaları həlləri tərtibatçısı şirkətlərdə məlumatların idarə olunması probleminə həsr edilən tədqiqatın nəticələrini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiq edilən təşkilatların 73 faizi müştəriləri məlumat və xidmətlərdən fasiləsiz istifadəsini təmin edə bilmədiyini etiraf edib. Nəticədə biznesin illik itkisi təxminən 20 milyon dollar təşkil edir. Hesabatda məlumatlardan istifadə ilə bağlı problemlərin pozucu effekti xüsusilə qeyd olunur ki, bu da şirkətlərin gəlirlərinin və məhsuldarlığının azalmasına, eləcə də müştərilərin inamının itməsinə səbəb olur.

 

Bununla yanaşı, bu gün təşkilatlar tərəfindən qeyd olunan problemlərin həlli üçün böyük səylər göstərilir. Onların təxminən 73 faizi məlumatların “bulud”da idarəetməsi üzrə həllərin tətbiqinə çalışır.

 

Şirkətin proqnozlarına görə, 2025-ci ilədək məlumatların ümumi tutumu 175 zetabaytı ötəcək. Bu məlumatların 60 faizinin istifadəçilər tərəfindən generasiya olunduğu 2018-ci ildən fərqli olaraq 2025-ci ilədək məlumatların 2/3 hissəsi şirkətlərin payına düşəcək. Ekspertlərin fikrincə, şirkətlər məlumatların harada olmasından asılı olmayaraq onların idarəetməsi və mühafizəsini təmin etməlidirlər.

 

Respondentlərin təqribən yarısı məlumatların mühafizəsini bu investisiyalardan səmərəli istifadə üçün zəruri şərt hesab edir. Şirkətlərin yalnız 37 faizi ehtiyat surətçıxarma və məlumatların mühafizəsi üçün mövcud həllərə güvənir və bu, biznesdə üstünlüyü təmin edəcək yeni texnologiyaların tətbiqini çətinləşdirir.

 

Nizam Nuriyev





Baxış sayı: 165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 İyun 2019

18/06/19
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasının sessiyasında fəal iştirak edir

2018-ci ilin noyabrında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında bu təşki

18/06/19
“Instagram” hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

“Instagram” sosial şəbəkəsinin proqramçıları hesabların bərpası üçün yeni üsulu sınaqdan keçirir

18/06/19
“WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edilib

“Eset” antivirus şirkəti “WhatsApp” messencerində yeni fırıldaqçılıq növü aşkar edib.

18/06/19
Alimlər: “İnternet beyində bərpa olunmaz dəyişikliklərə səbəb olur”

Beynəlxalq tədqiqatçılar qrupu internetin insan yaddaşına və onun sosial fəaliyyət qabiliyyətinə təsiri i

18/06/19
“Volvo” və “Uber” avtonom avtomobil təqdim edib

ABŞ-ın “Uber” taksi sifarişi xidməti və İsveçin “Volvo Cars” avtomobil istehsalçısı “Volvo 

18/06/19
Qanadları ən uzun təyyarə 400 milyon dollara satışa çıxarılıb

“Vulcan” holdinqi qanadlarının uzunluğuna görə dünyanın ən böyük “Stratolaunch” təyyarəsini 400 mily

18/06/19
“Intel” texnoloji startaplar üçün inkubator istifadəyə verib

ABŞ-ın “Intel” mikroprosessorlar istehsalçısı İsraildə avtonom sistem və süni intellekt texnologiyalarını

18/06/19
Bütün “iPhone” smartfonlarına müdaxilə edə bilən proqram hazırlanıb

İsrailin “Cellebrite” şirkəti “iOS 7”-dən “iOS 12.3”-dək əməliyyat sistemlərinin idarəetməsi altında işləyən

18/06/19
“Windows 10” sisteminin bazar payı 50%-ə yaxınlaşır

“NetMarketShare” servisinin məlumatına görə, 2019-cu ilin mayında dünyadakı fərdi kompüterlərin 45,73%-i

17 06 2019