12px13px15px17px
Tarix:05/07/19

Aİ ölkələri “Wi-Fi” əsasında avtomobil standartının tətbiqinin əleyhinə çıxış ediblər

Avropa İttifaqı ölkələri Aİ icraiyyə orqanının "Wi-Fi" əsasında avtomobil standartının tətbiqi ilə bağlı təklifinin əleyhinə səs veriblər.
 
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews www.3dnews.ru" resursuna istinadən yazır ki, 21 ölkə, o cümlədən güclü avtomobil sənayesinə malik Almaniya, Fransa və İtaliya Brüsseldə 28 təşkilat üzvünün toplaşdığı tədbirdə bu təklifin əleyhinə çıxıb.
 
Xatırladaq ki, apreldə Aİ-nin əsas qanunverici komitəsi Avropa Komissiyasının "Wi-Fi" texnologiyasının avtomobillər üçün istifadəsi ilə bağlı tələbini rədd edərək beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) əsasında alternativ standartın inkişaf etdirilməsini dəstəkləyib.
 
Avtomobillər arasında rabitə üçün "Wi-Fi" texnologiyası əsasında "ITS-G5" (intellektual nəqliyyat sistemləri) texnologiyasından istifadənin tərəfdarları kimi "Volkswagen", "Renault", "Toyota", "NXP", "Autotalks" və "Kapsch TrafficCom" şirkətləri çıxış edir.
 
"5G" əsasında "C-V2X" avtomobil standartından istifadə üzrə tərəfdarlar sırasına "Daimler", "Ford", "PSA Group", "Deutsche Telekom", "Ericsson", "Huawei", "Intel", "Qualcomm" və "Samsung" şirkətləri daxildir. Avropa Komissiyası "Wi-Fi" texnologiyasını dəstəkləməsini hazırda onun "5G"dən fərqli olaraq istifadə olunması və ondan istifadənin yol hərəkətinin təhlükəsizliyini artıracağı ilə izah edib.
 
Öz növbəsində "5G" tərəfdarları qeyd edir ki, bu texnologiya əyləncə, avtomobillər arasında məlumat mübadiləsi və naviqasiya kimi sahələrdə tətbiq edilmə üçün daha geniş spektrə malikdir.
 
Nizam Nuriyev




Baxış sayı: 315

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 İyul 2019

23 07 2019

23/07/19
“Huawei” böyük ekranlı yeni yığcam noutbukunu təqdim edib

“Huawei” şirkəti “Honor MagicBook Pro” adlı yeni noutbukunu təqdim edib. Yeni noutbuk yüngüldür

23/07/19
ABŞ Prezidenti texnoloji şirkətlərin rəhbərləri ilə milli təhlükəsizlik məsələlərini müzakirə edib

ABŞ Prezidenti Donald Tramp “Google”, “Broadcom” və digər texnoloji şirkətlərin rəhbərləri ilə görüşərək

23/07/19
2019-cu ildə virtual köməkçilərə malik qurğuların tədarükü 1,1 milyarda çatacaq

“Futuresource Consulting” tədqiqat şirkəti “Amazon Alexa”, “Google Assistant”, “Apple Siri”

23/07/19
“KaiOS” sistemi üçün “WhatsApp” messenceri istifadəyə verilib

Düyməli telefonlar üçün nəzərdə tutulan “KaiOS” əməliyyat sistemi “WhatsApp” proqramını dəstəkləmə

23/07/19
Kibercinayətkarlar “FaceApp” proqramının populyarlığından istifadə edirlər

“ESET” beynəlxalq antivirus şirkəti kibercinayətkarların “FaceApp” mobil əlavəsinin populyarlığından fırı

23/07/19
Dünyada ən güclü smartfon təqdim edilib

“Asus” şirkəti tərəfindən təqdim edilmiş “ROG Phone II” adlı oyun smartfonu dünyada ən məhsuldar telefon

23/07/19
“NVIDIA” Britaniyada süni intellekt sahəsində tədqiqatlar üçün texnoloji mərkəz açıb

“NVIDIA” şirkəti Böyük Britaniyada süni intellekt sahəsində innovativ tədqiqatların və məlumat analizi me

23/07/19
“Apple” artıq 2020-ci ildə yeni tip ekran texnologiyası tətbiq edəcək

“Apple” şirkətinin bəzi qurğuları artıq gələn il yeni tip displeylərlə təchiz ediləcək. Qeyri-rəsmi məlum