12px13px15px17px
Tarix:05/07/19

Almaniyanın iki şəhərində “5G” rabitəsi istifadəyə verilib

Avropa bürokratik səbəblərdən "5G" texnologiyasına keçid üzrə ABŞ və Cənubi Koreyadan geri qalır, amma Almaniyanın "Deutsche Telekom" operatoru bu vəziyyəti düzəltmək niyyətindədir, lakin "Vodafone" Britaniya, Almaniya, İtaliya və İspaniya sakinləri üçün limitsiz "4G/5G" elan edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hightech.plus" saytına istinadən yazır ki, Almaniyanın "Deutsche Telekom" rabitə operatoru Berlin və Bonn şəhərlərində "5G" şəbəkələrinin sınaq versiyalarını işə salıb. Həmçinin şirkət bu il "5G" şəbəkələrinin əlçatan olacağı şəhərlərin sayını artıraraq 2020-ci ilin sonuna 20-yə çatdıracağını elan edib.
 
Səsli xidmətləri dəstəkləyən limitsiz "5G" üçün aylıq 85 avro, səsli xidmətlərsiz isə aylıq 75 avro ödəmək lazım gələcək. "5G" rabitəsi əsasən şəhərlərdə əhalinin sıx məskunlaşdığı rayonları əhatə edəcək, amma şirkət, həmçinin tələbə kampuslarını, sonralar isə kənd regionlarını "5G" rabitə ilə təmin etməyi planlaşdırır.
 
Emil Hüseynov



Baxış sayı: 70

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Yanvar 2020

21/01/20
Artırılmış reallığa malik ilk linzalar təqdim edilib

“Mojo Vision” startapı artırılmış reallığa malik ilk linzaları təqdim edib. Mühəndislər qeyd ediblər ki,

21/01/20
“WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb

“Google Play” internet mağazasında “WhatsApp” messencerinin yüklənmə sayı 5 milyardı ötüb.

21/01/20
“Internet Explorer” brauzeri istifadə üçün təhlükəlidir

Çinin “Qihoo 360” təhlükəsizlik üzrə tədqiqat qrupu “Internet Explorer” brauzerində yaddaşın email mexa

21/01/20
“Amazon” əlin içi ilə ödəniş etməyə imkan verəcək

“Amazon” şirkəti bir toxunuşla edilən ödənişləri yeni səviyyəyə qaldırmaq istəyir.

21/01/20
“Samsung” şirkətinin smartfon bölməsinin rəhbəri dəyişib

“Samsung” şirkətində smartfonlar, daşınan elektronika və servislər daxil olmaqla mobil biznesin inkişafın

21/01/20
Ən ucuz “Nokia” smartfonunun texniki xüsusiyyətləri məlum olub

İnternetdə “Nokia” şirkətinin buraxacağı ən ucuz smartfonun texniki xüsusiyyətləri dərc edilib. 

21/01/20
“iOS” sistemində geolokasiya funksiyasını tam söndürmək mümkün olub

“Apple” şirkəti mobil əməliyyat sistemində geolokasiya funksiyasını tam söndürməyə imkan yaradıb. Müvafiq

20 01 2020