12px13px15px17px
Tarix:07/08/19

Dağlıq Qarabağla bağlı təhrif olunmuş məlumat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin təşəbbüsü ilə aradan qalxdı

Dünyaca məşhur elm və təhsil üzrə qeyri-mənfəət təşkilatlarından olan "National Geographic" Cəmiyyətinin dərc etdiyi və uşaqların məlumatlandırılması məqsədini daşıyan "National Geographic Kids" jurnalının internet səhifəsində ölkəmizlə bağlı təqdim edilən məlumatda Azərbaycan xəritəsində ciddi təhrifə yol verildiyi və ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin fərqli rəngdə təsvir olunduğu müəyyən edilib.

 

Bununla əlaqədar ölkəmizin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi ilə birgə operativ tədbirlər görmüşdür. Nəticədə Azərbaycan Respublikasının xəritəsinə münasibətdə yol verilmiş təhrifin aradan qaldırılmasına nail olunmuşdur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın ABŞ-dakı səfirliyinin operativ müdaxiləsi nəticəsində adıçəkilən jurnalın internet səhifəsində respublikamızın xəritəsi artıq dəqiq və ərazi bütövlüyü qorunmaqla təsvir edilib.

 

Bu link (https://bit.ly/2T9FXAo) vasitəsilə Azərbaycan xəritəsi və müvafiq informasiya ilə tanış olmaq mümkündür.

 

 

 

 





Baxış sayı: 50

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






25 Avqust 2019

24 08 2019

24/08/19
“Silence” haker qruplaşmasının vurduğu ziyan açıqlanıb

“Silence” haker qruplaşmasının bütün dünya üzrə vurduğu ziyan 4,2 milyon dollar təşkil edib. Bu barədə ki

24/08/19
“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq

“Gartner” analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqn

24/08/19
“Intel” süni intellekt üçün ilk prosessor hazırlayıb

“Intel” şirkəti “Nervana NNP-I” (digər adı Springhill) prosessorunu təqdim edib.