12px13px15px17px
Tarix:08/08/19

İnnovasiyalar Agentliyinə rəhbər təyin olundu

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin İdarə Heyətinə sədr və İdarə Heyətinin üzvləri təyin edilib. 

 

Tural Kərimli İnnovasiyalar  Agentliyinin İdarə Heyətinin sədri, Fariz Quliyev və Ayan Kərimova İdarə Heyətinin üzvləri təyin olunub.

 

T. Kərimli 1981-ci ildə anadan olub.

 

Qafqaz Universitetində beynəlxalq hüquq üzrə bakalavr və magistr təhsili alıb.

 

Təhsilini Harvard Universiteti Con Kennedi Dövlət İdarəçilik Məktəbində İnvestisiya qərarları və maliyyə davranış iqtisadiyyatı sahəsi üzrə davam etdirib.

 

T. Kərimli 2009-2017-ci illərdə "İSRA" Şirkətlər Qrupuna rəhbərlik edib.

 

2018-ci ilin yanvar ayından Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Yüksək Texnologiyalar Parkının direktoru vəzifəsində çalışıb.

 

Qeyd edək ki, bundan əvvəl Fariz Quliyev Azərbaycan Dövlət İqtisad Universitetinin  UNEC  Biznes Məktəbində baş müəllim,  Ayan Kərimova isə "Yüksək Texnologiyalar Parkı" MMC-nin Layihələrə Dəstək və Biznesin İnkişafı şöbəsinin müdiri vəzifəsində çalışıb.







Baxış sayı: 262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2019

14/10/19
Smartfon vasitəsilə əşyanı müəyyənləşdirməyə imkan verən “Knocker” texnologiyası təqdim olunub

Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAIST) hazırlanmış "Knocker" texnologiyası obyektl

14/10/19
3D printerdə 2 ton ağırılığında gəmi çap edilib

3D printerdə 2,2 ton ağırlığında 7 metrlik gəmi çap edilib. Bu, indiyədək çap edilmiş ən böyük obyektdir,

13 10 2019