12px13px15px17px
Tarix:16/08/19

İlin ən yaxşı smartfonu məlum olub

Audio və videotexnika üzrə Avropa Jurnallar Assosiasiyası (European Imaging and Sound Association, EISA) 2019-2020-ci illər üçün ən yaxşı qurğular reytinqini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, assosiasiyanın siyahısına görə, “Huawei P30 Pro” ilin ən yaxşı smartfon modeli seçilib. Çin şirkətinin qurğuları ardıcıl ikinci ildir birinciliyə sahib çıxır. Belə ki, ötən il “Huawei P20 Pro” modeli ən yaxşı smartfon olub.

 

Ən mütərəqqi smartfon kimi “OnePlus 7 Pro” seçilib. İlin ən çox satılan modeli isə “Xiaomi Redmi Note 7” olub. Daha bir “Huawei” məhsulu – “Honor 20 Pro” ən yaxşı “LifeStyle” smartfon nominasiyasında qalib gəlib.

 

Bundan başqa, assosiasiya ən yaxşı simsiz qulaqcığı (JBL Reflect Flow), ən yaxşı küyü azaldan qulaqcığı (Sony WH-1000XM3), ən yaxşı portativ kolonkanı (LG XBOOM GO PK7) və əyləncə gecələri üçün ən yaxşı kolonkanı (JBL PartyBox 100) açıqlayıb.

 

Nizam Nuriyev





Baxış sayı: 345

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Fevral 2020

17/02/20
Britaniya “EuroHPC” layihəsini tərk edib

Böyük Britaniya müasir superkompüterlərin yaradılması üzrə “EuroHPC” Panavropa layihəsini tərk edib.

17/02/20
Lazerlər internetin sürətini min dəfə artıracaq

Lids və Nottingem universitetlərinin tədqiqatçıları teraherslik kvant kaskad lazerin idarə olunması sahəs

16 02 2020