12px13px15px17px
Tarix:07/11/19

Robotun köməyilə dünyada ilk beyin əməliyyatı həyata keçirilib

Tibb sahəsində istifadə olunan robotlarn mürəkkəbliyi və funksiyalarının sayı hər il artır. Uzaq məsafədən həyata keçirilmiş ürək əməliyyatından sonra həkimlər mexaniki manipulyatorun köməyi ilə pasiyentin beyninə cərrahi müdaxilə ediblər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, anevrizmin ləğvi üzrə mürəkkəb əməliyyat Kanadada cərrah Vitor Mendes Pereyra tərəfindən həyata keçirilib. O, hərəkətlərin yüksək dəqiqliyini təmin edən, coystik və sensor ekranın köməyilə idarə olunan ikinci nəsil “CorPath GRX” avtomatlaşdırılmış əldən istifadə edib.

 

Robotun kabel vasitəsilə operator pultuna birləşdirilməsinə baxmayaraq, istehsalçılar gələcəkdə belə əməliyyatların uzaq məsafədən həyata keçiriləcəyinə ümid edirlər. Pereyra pasiyenti əməliyyat etməzdən öncə onun beyninin strukturunu dəqiq köçürən “3D” model üzərində məşq edib və əməkdaşlardan ibarət komanda ilə qarşılıqlı əlaqəni yoxlayıb.

 

Emil Hüseynov





Baxış sayı: 577

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 Mart 2021

06 03 2021

06/03/21
“Microsoft”un proqram təminatında aşkar edilmiş boşluq ABŞ-da 20 mindən çox təşkilatı təhdid edir

“Microsoft” korporasiyasının “Exchange Server” proqram təminatında aşkar edilmiş boşluğa görə ABŞ-da 20 mindən çox

06/03/21
Yaponiyada steril plastik kart ixtira edilib

Yaponiyanın “Toppan” poliqrafiya şirkəti elektron ödəniş sistemlərində nağdsız