12px13px15px17px
Tarix:20/02/20

“Sony” ucuz smartfonunu təqdim edib

“Sony” şirkəti ucuz “Xperia L4” smartfonunu təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, yeni aparatın ekranının tərəflər nisbəti 21:9 təşkil edir. Displeyin diaqonalı 6,2 düym, təsvir ölçüsü HD formatıdır. Smartfon 13, 5 və 2 mp-lik təsvir ölçülü üçqat əsas kamera ilə təchiz edilib. Ön kameranın təsvir ölçüsü 8 meqapikseldir.

 

“Sony Xperia L4” smartfonu “MediaTek Helio P22” prosessoru ilə təchiz edilib. Bu çipin məhsuldarlığı təxminən “Snapdragon 625” ilə müqayisə edilə bilər. Aparatın əməli yaddaşı 3 QB, daxili yaddaşı isə 4 QB-dır. Akkumulyatorun tutumu 3580 milliamper/saat təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 343

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Avqust 2020

03 08 2020