12px13px15px17px
Tarix:17/03/20

“Huawei” ucuz smartfonlarını təqdim edib

“Huawei” dördkameralı “P40 lite” və üçkameralı “P40 lite E” smartfonlarını təqdim edib. Hər iki aparat 6,4 düymlük ekrana və əsas 45 meqapiksellik obyektivə malikdir, amma “YouTube” və “Google”un başqa proqramları nəzərdə tutulmayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, xatırladaq ki, ABŞ hakimiyyəti tərəfindən qoyulmuş məhdudlaşdırıcı tədbirlərə görə Çin istehsalçısı yeni qurğulara “Google” axtarış sisteminin xidmətlərini quraşdırmaq hüququndan məhrum edilib. Bu səbəbdən “P40 lite” və “lite E” smartfonlarına “Huawei” şirkətinin “Huawei Mobile Services” mobil xidməti və “AppGallery” mobil tətbiqlər mağazası quraşdırılıb.

 

“P40 lite” əsas 48 mp-lik obyektiv və 8 mp-lik makroçəkiliş (4 sm məsafədən) rejiminə malik genişbucaqlı kamera ilə təchiz edilib. “Super Night Mode” gecə rejimində ştativdən istifadə etmədən gecə vaxtı çəkiliş etmək olar. Smartfon “Full HD ” təsvir ölçülü displey, “Mali-G52 MP6” qrafikasına malik ötənilki 7 nm-lik “Kirin 810” prosessoru, həmçinin 8 QB əməli yaddaşla təchiz edilib. “SuperCharge” (40 vatt) texnologiyası 4200 milliamper/saat tutumlu akkumulyatora 30 dəqiqə ərzində 0-dən 70%-dək enerji toplamağa imkan verəcək.

 

Daha ucuz model olan “P40 lite” smartfonu üç kamera ilə təchiz edilib: eyni iki obyektiv və portret çəkilişi üçün 2 mp-lik dərinlik sensoru. 8-mp-lik ön kamera sifəti tanıyaraq blokdan çıxarmaq üçün “Face Unlock 2.0” funksiyasını dəstəkləyir. “E” versiya HD təsvir ölçülü ekran, “Kirin 710F” çipi və 4000 milliamper/saat tutumlu batareya ilə təchiz edilib.

 

Emil Hüseynov





Baxış sayı: 462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 Mart 2020

30/03/20
“HUAWEI” yeni texnologiyaların tədqiqatına rekord məbləğ yatırır

Karantin rejimi tətbiq edildikdən sonra Çinin böyük şirkətləri işlərini dayandırmaq məcburiyyətində qalıb

30/03/20
“Dyson” ağciyərin süni ventilyasiyası üçün aparatların istehsalına başlayacaq

Tozsoran istehsalçısı kimi tanınan Böyük Britaniyanın “Dyson” texniki şirkəti yeni növ koronavirus (COVID

30/03/20
Kompüterin köməyilə beyin siqnallarını oxumaq üçün yeni metod hazırlanıb

Beynəlxalq alimlər qrupu beyin neyronlarından gələn siqnalları silisium çipinə ötürməyə müvəffəq olublar.

29 03 2020

29/03/20
“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Microsoft”un nümayəndəsi deyib ki, hakerlər “Windows”un bütün dəstəklənən versiyalarında əvvəllər

29/03/20
“6G” mobil şəbəkələrinin tətbiq olunma müddəti məlum olub

Dünyada beşinci nəsil (5G) mobil şəbəkələrinin tətbiqinə başlanılıb. Eyni zamanda bir sıra texnologiya nə

29/03/20
“5G” dəstəkli ən ucuz smartfon təqdim edilib

“Xiaomi” şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsinə (5G) qoşulmaq imkanına malik “Mi 10 Lite” adlı ən

29/03/20
Yanğınsöndürən dron hazırlanıb

Çinin “QilingUAV” şirkəti “JS260” adlı yanğınsöndürən dron hazırlayıb. Bu dronun ucqar rayonlarda meşə

29/03/20
“Facebook” və “Instagram” Avropada videonun keyfiyyətini azaldıb

“Facebook” və “Instagram” şirkətləri kompüter şəbəkələrinin yükünün azaldılması məqsədilə Avropada v

29/03/20
“Samsung” və “LG” zavodları bağlanır

Cənubi Koreyanın “Samsung” və “LG” elektronika istehsalçıları yeni növ koronavirus (COVID-19)

29/03/20
Koronavirus mövzusu kiberhücumlar üçün aktiv istifadə edilir

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının izlənilməsi üçün bir sıra mobil və onlayn əla

29/03/20
Köhnəlmiş “iPhone” qurğuları üçün yeniləmə təqdim edilib

“Apple” korporasiyası köhnəlmiş smartfon və planşetlər üçün yeniləmə çıxarıb.

29/03/20
“Xiaomi” şirkəti yeni smartfonlarını təqdim edib

“Xiaomi”nin törəmə brendi olan “Redmi” yeni smartfonlarını təqdim edib. “K30 Pro” seriyasına məxsus apa