12px13px15px17px
Tarix:19/05/20

İkiekranlı “Microsoft” smartfonunun xüsusiyyətləri açıqlanıb

“Windows Central” nəşri təqdimatı ilin sonuna planlaşdırılan “Android” əməliyyat sistemli ikiekranlı “Surface Duo” smartfonunun texniki xüsusiyyətlərini açıqlayıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, smartfonun əsas fərqləndirici cəhəti 8,6 düym diaqonallı ümumi ekran kimi açılan iki 5,6 düymlük displey (1350x1800) olacaq. Qurğunun daxilinə ötənilki “Qualcomm Snapdragon 855” prosessoru quraşdırılacaq.

 

Smartfonun 6 giqabaytlıq operativ yaddaş, 64 və ya 256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcəyi gözlənilir. Bundan başqa, hər iki ekran “Surface Pen” stilusu ilə işi dəstəkləyəcək.

 

Batareya tutumu 3460 milliamper/saat təşkil edəcək. “Surface Duo” smartfonu həm əsas, həm də ön kamera rolunda çıxış edən bir 11 meqapikselli kamera ilə təchiz olunacaq.

 

Qurğu kontaktsız ödənişlərin edilməsi üçün “NFC” çipi, simsiz enerjidoldurma funksiyası, eləcə də “5G” şəbəkələrinə qoşulma dəstəyindən məhrum olacaq.

 

“Surface Duo” smartfonunun konsepti ötən ilin oktyabrında təqdim edilib. Yeni qurğunun 2020-ci ilin payızında işıq üzü görəcəyi gözlənilir.

 

Qeyd edək ki, ikiekranlı bükülən modellər üzərində “Microsoft” ilə yanaşı, “Dell”, “HP”, “Lenovo” və “Asus” kimi tərəfdaşlar çalışır.

 

Nizam Nuriyev





Baxış sayı: 175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 İyun 2020

06 06 2020

06/06/20
“Facebook”da bütün mediakontentin “Google Photo” xidmətinə daşınması imkanı əlçatan olub

“Facebook” sosial şəbəkəsində foto və videoların “Google Photo” “bulud” xidmətinə köçürülməs

06/06/20
Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq istəyirlər

Sinqapurda koronavirusa yoluxmaların izlənilməsi üçün sakinlərə çip paylamaq 

06/06/20
“Motorola” iki yeni ucuz smartfonunu təqdim edib

“Motorola” şirkəti başlanğıc səviyyəli iki yeni smartfonunu təqdim edib