12px13px15px17px
Tarix:21/05/20

Yeni “iPhone”da qulaqlıq olmayacaq

Payıza planlaşdırılmış “iPhone 12” istehsal xəttinin smartfonları pulsuz qulaqlıqla təchiz edilməyəcək. Bu haqda insayder Min-Çi Konun hesabatına istinadən “9to5mac” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Apple” şirkəti 2020-ci ildən başlayaraq öz smartfonlarını pulsuz simli “EarPods” qulaqlıqlarından məhrum edəcək. Min-Çi Konun fikrincə, “Apple” şirkətinin “AirPods” qulaqlıqlarının satış həcmini yüksəltmək üçün nəzərdə tutulmuş yenilənmiş siyasəti səbəbindən yeni “iPhone” cihazları pulsuz qulaqlıqdan məhrum olacaq.

 

Xatırladaq ki, 2016-cı ildə şirkət aktual “iPhone 7” və “7 Plus” smartfonlarını qulaqlıqlar üçün portdan məhrum etmişdi və bunu suyun düşməsindən qoruma ilə izah etmişdi. Əvəzində komplektə “Lightning” konnektorundan istifadə edən “EarPods” əlavə etmişdilər. Həmçinin “iPhone” qutularına yeni smartfonlarda köhnə tip qulaqlıqlardan istifadəyə imkan verən adapter yerləşdirilmişdi.

 

Emil Hüseynov





Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024