12px13px15px17px
Tarix:02/07/20

“COVID-19” pandemiyası dövründə elektron imzaya maraq artıb

"COVID-19" pandemiyası dövründə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən təqdim edilən elektron imzaya tələbat artıb.

 

Bu ilin yanvar-iyun ayları ərzində vətəndaşlara 1244, sahibkarlara 2144, hüquqi şəxslərə isə 1666 e-imza sertifikatı verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə təqdim olunan sertifikatların sayında 20 faiz artım qeydə alınıb.

 

Elektron imza əldə etmək üçün müraciət edən dövlət qurumlarına isə 3375 e-imza sertifikatı verilib.

 

Ümumilikdə cari ilin ilk yarımilliyində 8429 sertifikat təqdim edilib.

 

Bu müddət ərzində elektron imza ilə aparılan əməliyyatların sayı isə 6 milyondan (6.102.250) çox olub.

 

Qeyd edək ki, e-imzanı əldə etmək istəyən dövlət qurumları, sahibkarlar, hüquqi və fiziki şəxslər "e-imza.az" saytına daxil olmaqla onlayn sifariş verə bilirlər.

 

Xatırladaq ki, elektron imza rəqəmsal mühitdə hazırlanan smart kart və USB token formasında istifadə oluna bilən, elektron məntiqə uyğun işləyən şəxsiyyəti müəyyənləşdirmə və imzalama vasitəsidir. Təqlid edilməsi mümkün olmayan bu imza 3 il müddətində etibarlıdır və onun dəyişdirilməsi mümkünsüzdür. Elektron imza ilə vergi, gömrük, maliyyə, təhsil və bir çox digər sahələrdə müxtəlif xidmətlərdən faydalanmaq olur. Elektron vergi bəyannamələrinin təqdimi, gömrükdə malların və nəqliyyat vasitələrinin bəyan edilməsi, əmək müqavilələrinə dair bildirişlərin elektron qeydiyyatı, internet və mobil bankçılıq kimi vacib elektron xidmətlər e-imza vasitəsilə icra edilir. Bir sözlə, e-imza sertifikatı ilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə etmək mümkündür. Dövlət və qeyri-dövlət qurumları, vətəndaşlar bu xidmətdən yararlanaraq biri-birilərinə imzalanan sənədləri göndərə bilirlər.





Baxış sayı: 5476

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 Mart 2021

05/03/21
“Microsoft” şirkəti veb-xidmətlərində aşkar edilmiş boşluğa görə mütəxəssisə 50 min dollar ödəyib

“Microsoft” şirkəti veb-xidmətlərində kritik boşluq aşkar etmiş informasiya təhlükəsizliyi üzrə müstəqil

05/03/21
Şəhid anaları ziyarət edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyini

05/03/21
“Samsung” şirkəti zərbəyədavamlı smartfonunu təqdim edib

“Samsung” şirkəti tərəfindən təqdim edilmiş yeni zərbəyədavamlı “Galaxy XCover 5” smartfonu ən ekstremal

05/03/21
“Microsoft Edge” brauzerinin klassik versiyasının dəstəyi dayandırılır

“Microsoft” korporasiyası martın 9-da klassik “Edge” brauzerini deaktiv edəcək. Bu haqda şirkətin materia

05/03/21
“iPhone” smartfonunda təhlükəli boşluq aşkarlanıb

“Apple” şirkəti istifadəçiləri təhlükəli boşluq səbəbindən smartfonların proqram təminatını yeniləməyə ça

05/03/21
Yevlaxdakı Data Mərkəzi növbəti sertifikatını aldı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-

05/03/21
“Redmi Note 10 Pro” və “Note 10 Pro Max” smartfonları nümayiş olunub

Çinin “Xiaomi” şirkəti səkkiznüvəli “Snapdragon 732G” prosessoru üzərində qurulan və

05/03/21
“WhatsApp” messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub

“Engadget” portalının məlumatına görə, “WhatsApp” messencerinin masaüstü versiyası üçün

05/03/21
“Apple” məhkəməyə verilib

Avstraliyanın Melburn şəhərinin sakini yanmış “iPhone” smartfonuna görə ABŞ-ın “Apple” şirkətini məhkəməy

05/03/21
“Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib

Cənubi Koreyanın texnoloji nəhəngi “Samsung” yeni 2021-ci il televizorlar seriyasını nümayiş etdirib. Söh

04 03 2021

04/03/21
Nazir Rəşad Nəbiyev NRYTN-in Vətən müharibəsində iştirak etmiş əməkdaşları ilə görüşüb

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev nazirliyin Vətən müharibəsində iştirak et

04/03/21
Dünyada 1 TB həcmində ən nazik fləş-modul təqdim edilib

“Kioxia” şirkəti dünyada 1 TB (terabayt) həcmində ən nazik fləş-modulunu təqdim edib.

04/03/21
Növbəti nəsil “Windows” əməliyyat sistemi təqdim ediləcək

“Microsoft” korporasiyasının nümayəndəsi növbəti nəsil “Windows” əməliyyat sistemi haqqında

04/03/21
“Google” apreldə istifadəçilər üçün internetdə yeni məxfilik nəzarət sistemini təqdim edəcək

“Google” şirkəti apreldə “Chrome” brauzeri üçün yeni məxfilik nəzarət sisteminin ilk versiyasını tətbiq

04/03/21
Üç ekranlı noutbuk yaradılıb

“Compal” şirkəti bir neçə ekrana malik noutbuk konsepti yaradıb. Bu barədə “HotHardware” nəşrinin məlumat

04/03/21
Çin süni intellekt haqqında elmi nəşrlərin sayına görə liderdir

Stenford Universitetinin araşdırmasına görə, Çin süni intellekt məsələləri üzrə elmi araşdırmaların sayın

04/03/21
Smartfonun enerjisini saxlamaq üçün üsul açıqlanıb

ABŞ-ın mobil rabitə operatoru abunəçilərə enerjini qorumaq üçün smartfonda “5G” şəbəkəsini söndürm

04/03/21
Smartfon çatışmazlığı proqnozlaşdırılır

Çinin “ITHome” nəşrində smartfon defisiti üçün zəmin yarandığı bildirilən material dərc olunub.

04/03/21
“MediaTek” şirkəti “ağıllı” televizorlar üçün prosessor təqdim edib

“MediaTek” şirkəti “4K” formatlı (3840 × 2160 piksel) “ağıllı” televizorlarda istifadə