12px13px15px17px
Tarix:18/12/20

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “CyberTECH – Kibertəhlükəsizlik sənayesinin formalaşdırılması və inkişafı” tədbiri baş tutub

"InnoWeek – İnnovasiya həftəsi 2020" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sahə üzrə aparıcı yerli və beynəlxalq şirkətlərlə birgə "CyberTECH 2020 – Kibertəhlükəsizlik sənayesinin formalaşdırılması və inkişafı" tədbiri keçirilib.
 
Tədbirdə çıxış edən nəqliyyat, rabitə və yüksək texologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun gücləndirilməsinə ciddi diqqət yetirildiyini bildirib. Nazir müavini İKT sektorunun bu baxımdan prioritet sahələrdən sayıldığını, dayanıqlı inkişafı üçün isə kibertəhlükəsizliyin təmin edilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bununla yanaşı, ölkə səviyyəsində kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi üçün kibertəhlükəsizlik sənayesinin formalaşdırılması və inkişafının zəruriliyini vurğulayıb.
 
İki sessiyadan ibarət tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti, "Prosol", "PaloAltoNetworks", "Kaspersky", "Trend Micro", "Buglance", "PENTESTON", "MARSH", "Zaman Broker" və s. Kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış yerli və beynəlxalq şirkətlərin ekspertləri iştirak edib.
 
"Kibersənayenin inkişafında dünya trendləri", "Kibertəhlükəsizliyin təmin edilməsində beynəlxalq əməkdaşlıq", "Kibersığorta: Kiberrisklərin qiymətləndirilməsi və kiberməsuliyyət", "Kiberstartaplar", "Kibertəhlükəsizlik sahəsində kadr potensialının formalaşdırılması" və s. mövzularda məruzələr təqdim edilib.
 
Geniş izləyici auditoriyasının virtual olaraq qatıldığı "CyberTECH 2020 – Kibertəhlükəsizlik sənayesinin formalaşdırılması və inkişafı" tədbiri müvafiq sosial şəbəkə hesabları üzərindən canlı yayımlanıb.
 
Bununla yanaşı, təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə "CyberTECH 2020" tədbirində virtual sual-cavab sessiyaları və müzakirələr təşkil olunub.












 





Baxış sayı: 53733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024