“Samsung” korporasiyası mobil qurğular üçün öz ödəmə sistemini buraxmağa hazırlaşır. Bu haqda “Re/code” texnologiya bloqu yazıb.
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) tərəfindən “Azərbaycan Respublikasının Milli Atlası”nın CIS variantı hazırlanır. Milli Atlasın bu elektron formasını ölkəmizdə yaradılacaq Milli Məkan Məlumatları İnfrastrukturunun fundamenti hesab etmək olar.
ABŞ-ın Stenford Universiteti aparıcı tədqiqatçıları süni intellektin cəmiyyətə və insan həyatının bütün aspektlərinə təsiri üzrə yüzillik layihənin başlanmasına dəvət edib.
“Microsoft” şirkəti Bakıda "Developer Day 2014"-ə (Proqramçılar Günü) həsr olunmuş informasiya-kommunikasiya texnologiyaları üzrə tədbir keçirib.
Artıq “Google Docs”, “Sheets” və “Slides” veb-əlavələrində “ODF” standartı dəstəklənir. İndi istifadəçilər .odt (mətn sənədləri), .ods (elektron cədvəllər) və .odp (təqdimatlar) genişlənməsinə malik faylları aça, redaktə edə və saxlaya bilərlər. Faylları həm əlavələrdən, həm də “Google Drive” qovluğundan açmaq olar.
“2013-cü ildə Parisdə bir çox genişmiqyaslı layihələrin həyata keçirilməsi üçün Azərbaycan tərəfindən təşkilata 5 milyon ABŞ dolları məbləğində maliyyə töhfəsi ayrılmasını nəzərdə tutan “Azərbaycan hökuməti ilə UNESKO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi” imzalanıb”.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların hüquq və maraqlarını nəzərə almaqla səmərəliliyə və vətəndaş məmnunluğuna daim nail olunması və mütəmadi olaraq artırılması istiqamətində İSO 9001:2008 standartı üzrə beynəlxalq dərəcəli sertifikata layiq görülüb.
İstifadəçilərin izlənməsinə dair qanun layihəsi (Bill C-13) bir neçə il baxıldıqdan və müzakirə olunduqdan sonra nəhayət Kanada hökuməti tərəfindən bəyənilib.
“Microsoft” şirkəti Azərbaycanın ali məktəblərində yaradılan İT akademiyalarının sayını 10-a çatdırmaq niyyətindədir.
Azərbaycanın Hüquqi Aktların Dövlət Reyestrinə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq fəaliyyət sahələri üzrə göstərilən elektron xidmətlərin inzibati reqlamentlərinin təsdiq edilməsi haqqında sənəd daxil olunub.
“TrendForce” analitik firmasının tədqiqat bölməsi olan “WitsView” şirkətinin ekspertləri 2014 və 2015-ci illər üçün maye kristal televizorların tədarükü üzrə proqnoz dərc ediblər.
Dağlıq Şirvan bölgəsinə daxil olan Ağsu, İsmayıllı və Şamaxı rayonları üçün GIS texnologiyası əsasında eroziya təhlükəlilik elektron xəritələri hazırlanıb. Bu xəritələr vasitəsi ilə gələcəkdə baş verə biləcək eroziya proseslərini qabaqcadan müəyyənləşdirmək və ona qarşı mübarizə tədbirlərinin hazırlanması mümkün olacaq.
Dünyanın ən böyük kompüter texnikası və proqram təminatı istehsalçısı “International Business Machines” (IBM) korporasiyası bütün dünyada mövcud məlumat mərkəzlərinin sayını 25% artırmağa hazırlaşır.
“VDC Research” analitiklərinin məlumatına əsasən, 2014-cü ilin üçüncü rübündə noutbuk, planşet və mobil telefonlar daxil olmaqla bütün növ təhlükəsiz mobil qurğuların tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Onların qiymətləndirməsinə görə, bu bazarın həcmi pul baxımından 1 milyard ABŞ dollarından çox təşkil edib.
Mərkəzi Seçki Komissiyası (MSK) 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində müşahidə üçün veb-kamera quraşdırılan seçki məntəqələrinin siyahısını açıqlayıb.
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 61 62 63 64 65 66 67 68 69 70 71 72 73 74 75 76 77 78 79 80 81 82 83 84 85 86 87 88 89 90 91 92 93 94 95 96 97 98 99 100 101 102 103 104 105 106 107 108 109 110 111 112 113 114 115 116 117 118 119 120 121 122 123 124 125 126 127 128 129 130 131 132 133 134 135 136 137 138 139 140 141 142 143 144 145 146 147 148 149 150 151 152 153 154 155 156 157 158 159 160 161 162 163 164 165 166 167 168 169 170 171 172 173 174 175 176 177 178 179 180 181 182 183 184 185 186 187 188 189 190 191 192 193 194 195 196 197 198 199 200 201 202 203 204 205 206 207 208 209 210 211 212 213 214 215 216 217 218 219 220 221 222 223 224 225 226 227 228 229 230 231 232 233 234 235 236 237 238 239 240 241 242 243 244 245 246 247 248 249 250 251 252 253