Başir Rameev “Ural” hesablama maşınları ailəsinin baş konstruktoru kimi dünya kompüter tarixinə daxil ola bilib. Baş konstruktor olaraq öz kollektivi ilə birgə bir neçə universal və ixtisaslaşdırılmış hesablama maşını və 100-dən artıq müxtəlif periferiya qurğusu hazırlayıb.
1925-ci il yanvarın 30-da ABŞ-ın Portland şəhərində kompüter “siçan”ının ixtiraçısı Duqlas Engelbart anadan olub.
Biliyi, qətiyyəti, risk etmək və kadrları idarəetmə bacarığı – budur Stiven Keyz müvəffəqiyyətinin düsturu – həmkarlarının əksəriyyəti onun uğurunu məhz belə təsvir edirlər.
XX əsrin 70-ci illərində geniş istifadə olunan CP/M mikrokompüterlər üçün proqram kontrollerini təşkil edirdi və diskdaxilediciləri olan kompüterlərdə iş üçün nəzərdə tutulmuş ilk əməliyyat sistemi idi. Sistem müxtəlif firmaların kompüterlərinə rahat uyğunlaşırdı.
“Intel” korporasiyasının dördüncü icraçı direktoru olmuş Kreyq Barret dünyada müasir informasiya texnologiyaları sektorunun görkəmli nümayəndələrindən biri olaraq qəbul edilir.
Kompüter elmləri üzrə görkəmli alimlərdən biri olan Marvin Minskinin tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, “Türinq” maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub.
Qəzetimizin budəfəki sayının “Persona” rubrikasında informasiya texnologiyaları sektoruna əhəmiyyətli töhfələr verərək bu sahənin inkişafında önəmli rol oynayan şəxsiyyətlərdən biri olan Qordon Mur haqqında söhbət açacağıq.
Məşhur Amerika riyaziyyatçısı Riçard Hemminqin informasiya nəzəriyyəsi sahəsində işləri kompüter elmləri və telekommunikasiyanın inkişafına böyük təsir göstərib. Onun əsas töhfəsi Hemminq kodu hesab edilir.
Hazırda mobil telefonlardan istifadə gündəlik həyat normasına çevrilib. Bu cihaz vasitəsilə insanlar bir-birilə əlaqə saxlayır, musiqiyə qulaq asır, şəkil və video çəkir, qlobal şəbəkənin imkanlarından yararlanır, eyni zamanda müxtəlif çeşidli xidmətlərdən istifadə edir.
Bu dəfə “Persona” rubrikasında haqqında məlumat verəcəyimiz Ayven Eduard Sazerlend kompüter elmləri sahəsində görkəmli alimlərdən biridir. O, “Sketchpad” adlı ilk interaktiv qrafik proqramı yaratdığına görə 1988-də “Türinq” mükafatına layiq görülüb.
Bu gün dünyada informasiya təhlükəsizliyinin təmini mühüm amillərdən biridir.
Təhlükə dedikdə sistemə dağılma, verilənlərin üstünün açılması və ya dəyişdirilməsi, xidmətdən imtina formasında ziyan vurulmasına səbəb ola bilən istənilən hal, şərait, proses və hadisələr nəzərdə tutulur.
Cuda Perl “Bayes” şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal nəticəsinin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etibarın yayılması alqoritminin təşəbbüskarı kimi informasiya texnologiyaları tarixində xüsusi yer tutur.
Ernst Verner fon Simens məşhur alman mühəndisi, ixtiraçı, elektrotexnikanın yaradıcısı, sənaye sahibi, “Siemens” firmasının banisi, eləcə də ictimai və siyasi xadim kimi tarixə düşüb. “Tanınmışlar” rubrikasında məhz V.Simensin həyatı və fəaliyyəti barədə söhbət açacağıq.
“Persona” rubrikasında bu dəfə həyat yolunu və fəaliyyətini işıqlandıracağımız məşhur proqramçı və milyarder Şon Parker bir neçə gün öncə siyasətçilər üçün “Brigade” sosial şəbəkəsini təqdim etməsi ilə yenidən gündəmə gəldi. Şon Parker kimdir və o, İT sahəsinə hansı yenilikləri gətirib? Yazıda bu suallara cavab tapmağa çalışacağıq.
“Venture Beat” nəşri dünya İT cəmiyyətində böyük nüfuza sahib əfsanəvi proqramçıların siyahısını tərtib edib.
1 2 3 4 5
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL