"Yaşıl" superkompyuterlərin reytinqinə İBM rəhbərlik edir
“Green500” (dünyanın ən enerji effektiv hesablama sistemləri reytinqi) siyahısının növbəti redaksiyası elan edilib. Reytinqdə birinci yeri 1 Vatt enerji hesabı üzrə 2097 meqaflops (saniyədə üzən vergüllə milyonlarla əməliyyat) nəticə ilə İBM korporasiyasının “Blue Gene/Q” superkompyuteri tutub. Reytinq tərtibçiləri bu kompleksin 2 000 meqaflops/vatt həddinin öhdəsindən gələrək 1-ci olduğunu qeyd ediblər.
Dünyada ən məhsuldar hesablayıcı kompleksi — 8,16 petaflops (üzən vergüllə kvadrillion əməliyyat) sürətlə yapon “K Computer-i Green500” siyahısında 6-cı yer tutur. Onun nəticəsi təxminən 825 meqaflops/vatt-dır.
“Green500” reytinqinin ilk 10 superkompyuterindən 6-sı İBM texnologiyasını istifadə edir.
“Green500”-ə daxil olan superkompyuterlərin orta energetika effektivliyi 256 meqaflops/vatt təşkil edib. 6 ay əvvəl bu göstərici 230 meqaflops/vatt idi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL