Məktəblərdə 400 elektron dərsi birləşdirən “Skoool” layihəsi reallaşdırılacaq
"İntel" korporasiyasının beynəlxalq "Skoool" layihəsi çərçivəsində Azərbaycan məktəblərində elektron dərslərdən istifadə ediləcək. "İCTnews" elektron xəbər xidmətinə bu barədə İKT İnformasiya Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət proqramı" çərçivəsində ölkəmizdə reallaşdırılacaq "Skoool" layihəsi "İntel"in qlobal təşəbbüsü olaraq riyaziyyat, biologiya, fizika, kimya və ibtidai sinif fənləri üzrə 400 elektron dərsi özündə birləşdirir.
Müxtəlif ölkələrdə tətbiq olunan layihənın istifadəsi üçün dərslər tərcümə və adaptasiya edilir: "Azərbaycanda "Skoool" layihəsinin elektron dərslərinin lokallaşdırılması "Edumedia" təşkilatı tərəfindən həyata keçiriləcək.
"Edumedia" təşkilatı tərəfindən Azərbaycan təhsil sisteminin müvafiq fənlər üzrə təcrübəli müəllimləri cəlb edilərək elektron dərslərə adaptasiya olunacaqlar". Azərbaycan dilinə tərcümə edilmiş bütün dərslər "www.skoool.az" resursunda azad istifadədə olacaq. Layihənin Azərbaycanda tam tətbiqi bu ilin may ayına planlaşdırılır.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL