waplog

Ölkəmiz UPİ-nin Qəyyumlar Şurasına üzv seçilib


İsveçrənin Bern şəhərində  UPİ-nin sessiyasında dünyanın 9 ölkəsindən ibarət Qəyyumlar Şurasına seçkilər keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt sektorunun müdiri Novruz Məmmədov bildirib ki, Şərqi Avropa ve Simali Asiya regionu üzrə sözügedən qurumda ayrılan 1 yerə 3 ölkə - Azərbaycan, Gürcüstan və Rumıniya namizədliyini verib.

Belə ki, ölkəmizi bu qurumda təmsil edəcək nümayəndə - RİTN-in əməkdaşı Nasir Həmidov səs çoxluğu ilə qalib gəlib .

Səsvermələr UPİ-nin Poçt Əməliyyatları Şurasının 40 üzv ölkələri tərəfindən gizli yolla aparılıb. 3 ölkə səsvermədə iştirak etməyib.

Məlumat ücün bildirək ki, Qəyyumlar Şurası UPİ-nin Xidmət Keyfiyyəti Fondu (Quality Servise Fund -QSF) çərçivəsində dünya ölkələrinin poçt administrasiyaları tərəfindən hazırlanmış layihələri nəzərdən keçirir, onları təsdiq və ya rədd edir, icrasına nəzarəti həyata keçirir.

Bütün məlumatlar konfidensial saxlanılır. Azərbaycan bu vacib orqanın üzvü olmaqla poçtumuz üçün bir sıra əhəmiyyətli layihələrin hazırlanması və maliyyələşməsi istiqamətində əhəmiyyətli imkanlar əldə etmiş olacaq.   
 
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL