waplog

Təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün işlər davam etdirilir


“Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycanda ilk dəfə olaraq təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqi üçün texniki hazırlıq işləri davam etdirilir.

2011-ci ildə AZAL, “Azerfon” (Nar Mobile) və İsveçrənin “OnAir” şirkətlərinin imzaladığı sazişə müvafiq olaraq məhz AZAL təyyarələrində tam çeşidli mobil rabitə xidmətləri istifadəyə veriləcək.

 “AZAL “Azerfon” mobil operatorunun xidmətləri əsasında və İsveçrənin “OnAir” şirkətlərinin  müvafiq avadanlığı vasitəsilə təyyarələrdə uçuş zamanı mobil rabitə xidmətlərinin tətbiqinə hazırlaşır. Bu istiqamətdə artıq müəyyən texniki hazırlıq işləri aparılır, müvafiq ekspertlər cəlb olunub.

“Azerfon”la imzaladığımız  onillik eksklüziv sazişə əsasən, mobil rabitə xidmətləri yalnız AZAL təyyarələrində və yalnız “Azerfon” xidmətləri əsasında mümkün olacaq. Bu, MDB məkanında ilk belə layihələrdəndir və bu, həm milli aviasiya, həm də bizim telekommunikasiya sənayemizin inkişafının göstəricisidir”- deyə hava yolları şirkətinin rəsmisi bildirib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL