Fatmayı kəndində rəqəmli TV avadanlığı qurulub
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Teleradio”İstehsalat Birliyi Bakıda və Abşeron yarımadasında daha keyfiyyətli rəqəmli yayımın təşkil olunması üçün tədbirlər həyata keçirir. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib.
Onun sözlərinə görə, bu məqsədlə Fatmayı kəndindəki telestansiyada yeni rəqəmli TV avadanlığı qurulub.
Qeyd edək ki, həyata keçirilən işlərin birinci mərhələsi kimi bütün Azərbaycan ərazisi rəqəmli yayımla əhatə olunub. İkinci mərhələdə isə aparılan monitorinqlərin nəticələrinə uyğun olaraq yayımın daha da gücləndirilməsi məqsədilə əlavə tədbirlər həyata keçirilir ki, Fatmayı kəndində qurulan yeni avadanlıq da bu işlərin tərkib hissəsidir.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL