Qrafik prosessor bazarında vəziyyət analiz edilib
“İCTnews” elektron xəbər xidməti “compulenta.ru” resursuna istinadən xəbər verir ki, “Jon Peddie Research” şirkəti 2011-ci ilin dördüncü rübündə qrafik prosessor bazarında qüvvələr nisbətini hesablayıb.
Şirkətin hesablamalarına görə, 3 ay ərzində təxminən 124 milyon diskret sürətləndirici, daxili qrafik kontrollerinə malik sistem lövhələr və daxili video nüvə ilə olan hibrid prosessorlar satılıb.
Qeyd edim ki, 2010-cu ilin son rübü ilə müqayisədə artım təxminən 8,9% təşkil edib.
“İntel” korporasiyası qrafik prosessor bazarında ən böyük “oyunçu” olaraq qalır: korporasiyanın payı 1 il ərzində 52,5%-dən 59,1%-ə qədər artıb.
“AMD” şirkəti, həmçinin mövqeyini gücləndirib. Əgər şirkət 2010-cu ilin dördüncü rübündə bazarın 24,2%-ni tuturdusa, o zaman 2011-ci ilin analoji dövründə şirkətin payı 24,8% təşkil edib.
“NVidia” şirkəti isə bazar payına görə üçüncü yerdə qərarlaşıb. 1 il ərzində şirkətin payı 22,5%-dən 15,7%-ə qədər azalıb.
Fərdi kompyuter üçün digər qrafik kontroller istehsalçıları bazarın təxminən 0,4%-ni tutublar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL