waplog

Amerikalı həbsxana əvəzinə “Facebook” şəbəkəsində üzr istəməyi seçib


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, Amerikanın Sinsinnati şəhərinin sakini seçim qarşısında olub: ya “Facebook” sosial şəbəkəsindəki səhifəsində həyat yoldaşından üzr istəməli, ya da 2 ay müddətinə barmaqlıq arxasında olmalıdır.

2011-ci ilin payızında həyat yoldaşı  və uşağından ayrı yaşayan amerikalı sosial şəbəkədə dərc etdiyi mətndə həyat yoldaşı və məhkəməni ona qarşı düzgün olmayan münasibətdə  ittiham edib.

Hakimin qəbul etdiyi qərara əsasən, fotoqraf işləyən Mark Bayron ya həyat yoldaşından üzr istəməli, ya da 60 gün müddətinə barmaqlıq arxasında olmalı və 500 dollar həcmində cərimə ödəməlidir.
Nəticədə Bayron 30 gün ərzində sosial şəbəkədə üzr mətni yerləşdirməyə məcbur olub,- “The Telegraph” yazıb.


 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL