2011-ci ilin nəticəsinə görə simsiz lokal şəbəkə bazarı 3 milyard dolları ötüb
“İCTnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, “IDC” analitik şirkətinin dərc etdiyi statistik hesabata əsasən, 2011-ci ildə simsiz lokal şəbəkələrin (“WLAN”) yaradılması üçün bazar 29,3% artıb və 3,02 milyard dollar təşkil edib. Bu göstərici isə mütləq rekorddur.
2011-ci ilin dördüncü rübündə “WLAN” avadanlıqlarının satış həcmi 829 milyon dollar təşkil edib. Bu göstərici 1 il əvvəl analoji göstərici ilə müqayisədə 21.9% çoxdur.
“IDC” şirkətinin hesabatına görə, şəbəkə avadanlığının ən iri təchizatçısı olan “Cisco” şirkətinin mədaxili dördüncü rübdə 10,9% artaraq 424 milyon dollar təşkil edib.
Həmçinin “Aruba” şirkətində “WLAN” həllərin korporativ tədarükləri əhəmiyyətli dərəcədə artıb. Qeyd edim ki, bu şirkət hazırda bazarın 11.6%-ni tutur. “HP” şirkətinin analoji məhsulları bazarın 6.6%-ni, “Motorola Solutions” isə 20%-ni tutur.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL