waplog

Xocalı soyqırımı paytaxtdakı elektron tablolarda


Paytaxtın bütün dayanacaqlarındakı monitorlarda və yollardakı elektron tablolarda Xocalı soyqırımı ilə bağlı görüntü yerləşdirilib.

Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib ki, Azərbaycan xalqının ümummilli faciəsinə Nəqliyyat Nazirliyi də biganə qalmayıb. Bu məqsədlə Bakının İntellektual Nəqliyyat Sisteminə daxil olan monitorlara və 48 elektron tabloya Xocalı faciəsini xatırladan görüntü yerləşdirilib.

Onun sözlərinə görə, Xocalı faciəsini əks etdirən görüntüləri yaymaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur.N.Həsənov qeyd edib ki, Xocalı faciəsini əks etdirən görüntülər sabah da monitorlarda olacaq.



GÜLNAR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL