waplog

Dünya əhalisinin 96 faizindən ağıllı proqram hazırlanıb


İsveçin Qutenberq Universitetinin alimləri daha yüksək intellekt səviyyəsinə malik olan yeni kompyuter proqramı hazırlayıblar. "İCTnews" elektron xəbər xidməti bildirir ki, araşdırma nəticəsində məlum olub ki, sözügedən proqram dünya əhalisinin 96 faizindən ağıllıdır. Belə ki, bu proqram intellektual inkişaf (İQ) üzrə testləri 150 baldan yuxarı nəticə göstərməklə daha yaxşı həll edir.

Məlumat üçün bildirək ki, bu günə qədər  kompyuter proqramları İQ testlərini həll edərkən maksimum 90-100 bal arasında nəticə nümayiş etdiriblər. Lakin sözügedən proqram insan kimi öyrənmək, yeni ardıcıllıqları və asılılıqları bilmək kimi xüsusiyyətlərə malikdir.

Bundan əlavə, burada düzgün cavablar oxşar vəziyyətlərdə adi insanın etdiyi kimi məntiqi təfəkkürlə tapılmağa çalışılır. Proqram digərləri ilə müqayisədə bir qədər ləng işləsə də, 170 mümkün baldan 150-ni yığa bilir ki, belə nəticəni planet əhalisinin yalnız 4 faizi əldə edə  bilər.

Alimlər bildiriblər ki, onların hazırladıqları proqram riyaziyyat üzrə adi kompyuter əlavələrindən daha qabaqcıldır, çünki o, riyaziyyat və psixologiyanı bir araya gətirir: “Biz təkcə riyazi biliklərin yox, həm də baş verənlərin təhlili bacarığının da əsasını qoymuşuq”- Qutenberq Universitetinin alimləri bu qənaətdədirlər.
 
 
SEYMUR



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL