“Nokia” şirkəti ən böyük smartfon istehsalçısı adlandırılıb
“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “Strategy Analytics” analitik şirkətinin hesabatına əsasən, 2011-ci ilin dördüncü rübünün nəticəsinə görə Finlandiyanın “Nokia” korporasiyası “Windows Phone” platformasında ən böyük istehsalçı olub. Hazırda şirkət “WP” qurğular bazarının 1/3-nə nəzarət edir.
Məlumat üçün qeyd edim ki, 2011-ci ilin oktyabr-dekabr ayları ərzində dünyada “Windows Phone” mobil əməliyyat sistemi ilə işləyən smartfon tədarükləri 2,7 milyon təşkil edib. Bu göstərici əvvəlki rüb ilə müqayisədə 36% çoxdur.
“Strategy Analytics” şirkətindən qeyd ediblər ki, “WP” aparat satışları rəqiblərlə müqayisədə hələ ki çox aşağıdır.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL