Yeni mikrorobot insanın qan axını üzrə hərəkət edə bilir (VİDEO)
"İCTnews" elektron xəbər xidməti "cybersecurity.ru" resursuna istinadən xəbər verir ki, San-Fransiskoda keçirilmiş və artıq bitmiş "ISSCC" (International Solid-State Circuits Conference) konfransında tədqiqatçılar qrupu insanın orqanizmində qan axını üzrə hərəkət edə bilən mikrorobot nümayiş etdiriblər.
Stenfords Universitetinin alimləri bildiriblər ki, yeni mikrorobot əməliyyat aparılması mürəkkəb olan ürək, ağciyər və digər orqanlar daxilində hərəkət etmək üçün yaradılıb.
Mütəxəssislər bildiriblər ki, robot uzaqda olan operatorun əmrləri vasitəsi ilə hərəkət edir.
Robotun müəllifləri qeyd ediblər ki, onların hazırlaması təxminən 2 kv mm ölçüyə malikdir və siqnalı tutan bir neçə kiçik antena ilə təchiz edilib.
Yaradılmış robot saniyədə 0,53 sm sürətlə hərəkət edə bilir. Robot 65 nanometr texnoloji proses üzrə hazırlanıb və onun əsasını adi "CMOS" mikrosxem təşkil edir.