waplog

Dördnüvəli prosessorla təchiz edilmiş smartfon təqdim edilib


“İCTnews” elektron xəbər xidməti “lenta.ru” resursuna istinadən xəbər verir ki, Tayvanın “HTC” şirkəti Barselonada keçirilən “Mobile World Congress” (MWC) sərgisində yeni “One” xəttindən 3 smartfon təqdim edib.

Yeni “One” xəttinin lideri dördnüvəli prosessorla təchiz edilmiş “HTC One X” aparatı olacaq. Qurğunun əsasını “Nvidia Tegra 3” platforması təşkil edir.
“HTC One X” smartfonu 4,7 düymlü 1280x720 piksel təsvir ölçülü ekrana malikdir. Aparata “Android 4.0” əməliyyat sistemi quraşdırılacaq.

Tayvan şirkəti “Dropbox” "bulud" xidməti ilə saziş bağlayıb və smartfonu almış şəxsə serverdə şəxsi fayllarını saxlamaq üçün 25 qiqabayt veriləcək.

Qurğu “NFC” texnologiyasını dəstəkləyir. “HTC One X” smartfonu 32 Qbayt daxili yaddaş və 1 QB əməli yaddaşa malikdir, lakin “microSD” kartları üçün slot yoxdur.
“HTC One X” smartfonuna 8 meqapikselli kamera quraşdırılıb.

Yeni xəttə “One X” smartfonundan əlavə, daha 2 smartfon daxildir: “HTC One S” və “HTC One V”. Hər 3 qurğunun qiyməti hələ ki bildirilməyib.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL