“Vergi dostları” şəbəkəsinə qoşulanlara kompyuter və digər texniki avadanlıqlar veriləcək
Vergilər Nazirliyində 2011-ci ildə qəbul olunmuş “Vergi ödəyicilərinə xidmət konsepsiyası”na əsasən, “Vergi dostları” layihəsi reallaşdırılır. Layihənin əsas məqsədi Ərazi vergilər idarələrinin və Xidmət mərkəzlərinin yerləşdiyi şəhərlər istisna olmaqla, ətraf kənd və qəsəbələrdə vergi mədəniyyətini formalaşdırmaq, vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərinə dəstək verməkdən ibarətdir. “İCTnews” elektron xəbər xidmətinə bu barədə Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, adıçəkilən layihə çərçivəsində Xaçmaz şəhərində vergi ödəyicilərinin vergi xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi və bu xidmətlərin ünvanlılığının artırılması məqsədilə tədbir həyata keçirilib: ”Tədbirdə vergilər nazirinin müşaviri Ələkbər Məmmədov ”Vergi dostları” layihəsini təqdim edib, onun məqsədlərini ictimaiyyət nümayəndələrinə çatdırıb”. Müşavirin sözlərinə görə, Vergilər Nazirliyi tərəfindən şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə, vergi ödəyicilərinə elektron xidmətlərin göstərilməsi, nazirliyin telefon məlumat xidmətinin təkmilləşdirilməsi ilə bağlı geniş spektrli layihələr reallaşdırılır.
“Vergi dostları” şəbəkəsinin yaradılması da bu istiqamətdə növbəti addımdır. Ə.Məmmədov qeyd edib ki, rayon mərkəzlərindən kənarda olan kənd və qəsəbələrdəki orta ümumtəhsil məktəblərinin müəllimləri arasından “Vergi dostları” şəbəkəsinə qoşulmaq istəyənlər müəyyən olunaraq onların seçim meyarlarına uyğunluğu yoxlanılır.
Gələcəkdə bu meyarlar əsasında seçilmiş “vergi dostları”na müvafiq sertifikatlar veriləcək, həmin şəxslər mütəmadi olaraq Vergilər Nazirliyi tərəfindən treninqlərə cəlb olunacaqlar. Layihə çərçivəsində müəllimlərə kompyuter və digər texniki avadanlıqlar da veriləcək. Vergi dostları” Azərbaycanda interaktiv vergi sistemindən könüllü vergi sisteminə marağın artmasına da xidmət edəcək. Layihənin müddəti iki ildir. Proqram çərçivəsində 2000-ə yaxın məktəb layihənin icrasına cəlb olunacaq. Tədbirdə Xaçmaz rayonu üzrə bütün məktəblərdən seçilmiş 100 nəfərdən çox “vergi dostu”nun siyahısı da açıqlanıb.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL