Ödəyicilər “3G”-nin tətbiqi ilə “videoqəbul”a qoşulacaqlar
Vergilər Nazirliyi 2011-2015-ci illəri əhatə edən “Vergi orqanları tərəfindən vergi ödəyicilərinə göstərilən xidmətlərin inkişafı Konsepsiyası”na uyğun olaraq, elektron xidmətlərin tətbiqinin genişləndirilməsində növbəti addım atacaq.
Belə ki, tezliklə vergi ödəyiciləri yeni vergi xidmətlərinin göstərilməsinə şərait yaradan “3G” texnologiyasının imkanlarından yararlanacaqlar. Bu imkana görə, ödəyicilər vergi orqanı əməkdaşları, o cümlədən nazirliyin idarə rəisləri ilə canlı bağlantı qura, videozənglə danışa biləcəklər.
“İCTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Vergilər Nazirliyindən bildirilib ki, “3G”-nin tətbiqi ilə “videoqəbul” adlanan bağlantı yaradılacaq. Hazırda sözügedən xidmət növündən respublikanın bölgələrində yaradılmış Vergi ödəyicilərinə xidmət mərkəzləri və Ərazi vergi idarələrində istifadə etmək mümkündür. Xidmətin daha da təkmilləşdirilməsi və genişləndirilməsi isə ödəyicilərə hətta Azərbaycandan kənarda belə Vergilər Nazirliyinin müvafiq qurumları ilə əlaqə saxlamaq imkanı verəcək.
HƏQİQƏT
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL