waplog

“Samsung” yeni planşet təqdim edib


“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, Cənubi Koreyanın “Samsung” şirkəti “Mobile World Congress” (MWC) sərgisində “Galaxy Note” planşetini elan edib.

Planşet 10,1 düymlü  1280×800 piksel təsvir ölçülü ekran və “S Pen” stilusu ilə təchiz edilib. Stilus vasitəsi ilə qeydlər və şəkil çəkmək olar. Qurğunun qiyməti və çıxış  tarixi haqqında hələlik informasiya yoxdur.

“Galaxy Note” planşeti texniki xüsusiyyətlərinə görə “Galaxy Tab 10.1” planşetinə çox oxşardır. Qurğu 1,4 QHs takt tezlikli ikinüvəli “Exynos”  prosessoru, 2 kamera (3 meqapikselli əsas və ön hissədə 2 meqapiksel),  64 Qb daxili yaddaş, “microSD” slotu, “Wi-Fi”, “Bluetooth” və “3G” modulları ilə təchiz edilib. “Android 4.0” əməliyyat sistemi quraşdırılıb.

 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL