waplog

“Olympus”-a yeni prezident təyin olunub


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Yaponiyanın fototexnika istehsalçısı “Olympus” Direktorlar Şurasının üzvü Xiroyuki Sasunu şirkətin yeni prezidenti təyin edib. Bundan başqa, şirkət idarə heyətinin yeni tərkibinin təsdiq ediləcəyi səhmdarların növbədənkənar yığıncağının keçiriləcəyini də bəyan edib.

Yeni rəhbərlər sırasına “Sumitomo” şirkətinin keçmiş top-meneceri Yasuyuki Kimoto və Tokyo-Mitsubishi UFJ bankının icraçı direktoru Xideaki Fudzizuka daxil ediləcək. Hazırkı rəhbərlik yığıncaqdan sonra tam tərkibdə istefaya gedəcək.

Qeyd edək ki, 2011-ci ilin payızında şirkət Yaponiya korporasiyaları tarixində ən böyük qalmaqalın mərkəzində olub. Belə ki, 20 il ərzində “Olympus” qeyri-səmərəli maliyyə əməliyyatları nəticəsində əmələ gələn 1,7 milyard dollarlıq itkilər barədə olan məlumatları səhmlərin dəyərini artırmaq məqsədilə gizlədib.

2012-ci ilin yanvarında “Olympus” rəhbərliyi dəymiş ziyana görə kompensasiya almaq üçün itkilərin gizlədilməsində şübhəli bilinən şirkətin 19 keçmiş və hazırkı top-menecerini məhkəməyə verib.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL