“Aztelekom” İB təhlillər aparır
"Aztelekom" İB regionlardan toplanan məlumatlar əsasında təhlillərə başlayıb. Birlikdən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumatda bildirilir ki, burada söhbət Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Aztelekom" İB-nin "qaynar xətt"lərində daxil olan məlumatların araşdırılmasından gedir.
Aparılan təhlillərə görə, vətəndaşların telefonlarının işləməməsi problemlərinin müxtəlif səbəblər üzündən baş verdiyi məlum olub. Burada regionlar üzrə telefonların işləməməsi təbii fəlakətlərin baş verməsi amili ilə izah olunur və telefonların işləməməsi ilə bağlı müraciətlərin daha çox olması əsasən bu vaxtlara təsadüf edib.
Digər amillərin də burada nəzərə alınması ilə ümumi bir istiqamət üzrə aparılan təhlillərdə digər məqamlar da aşkar olunaraq nəticələrin ən qısa vaxt ərzində aradan qaldırılması təmin edilib. Təhlillərdən çıxarılan nəticələrdə vətəndaşların "telefonum işləmir" müraciətlərində xətt qırılmalarının üstünlük təşkil etdiyi məlum olub. Burada qeyd etmək lazımdır ki, müvafiq qaydaya görə, abunəçi 100 metr pulsuz telefon xətti ilə yalnız bir dəfə telefon çəkdirəndə təmin edilir.
Telefon çəkilişindən illər keçəndən sonra xəttə baş verən nasazlıq üzündən abunəçi "qaynar xətt"ə şikayət edir və araşdırma nəticəsində onun telefon xəttinin istifadəyə tam yararsız olduğu məlum olur. Vətəndaşa bu barədə bildirəndə isə o "yuxarıya" bir daha şikayət edəcəyini bildirir və telefon xəttinin pulsuz dəyişdirilməsini tələb edir. Bu baş vermədikdə isə eyni abunəçi ard-arda bir neçə dəfə müraciət edir.
Bundan başqa genişzolaqlı internet xidmətlərinə çıxışla bağlı kollektiv müraciətlərə uyğun olaraq kənd EATS-lərində DSLAM avadanlıqlarının qurulması işləri həyata keçirilib. "Aztelekom" İB-nin Regionlarda genişzolaqlı internetin inkişaf konsepsiyasına uyğun olaraq hazırda bütün regionlarda, kəndlərdə genişzolaqlı internetə çıxışın təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilir.
"Aztelekom" İB vətəndaşların müraciətlərinin vaxtında araşdırılıb problemlərinin həlli məqsədilə daxil olan müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq işlər aparır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL