Büdcənin tərtibi və analizi elektronlaşdırılacaq
Maliyyə Nazirliyi ölkənin bir sıra rayonlarında xəzinədarlığı elektron sistemə keçirib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin müdiri Ülfət Göyüşov məlumat verib.
Onun sözlərinə görə, bu sistemə iki ildir ki, keçilsə də, amma hələlik respublikanın bütün rayonlarını tam əhatə etməyib: «Bu sistem Bakının rayonlarında işləyir. Bundan başqa, Gəncədə və Xacmazda da qurulub və fəaliyyət göstərir».
Ü.Göyüşov əlavə edib ki, Maliyyə Nazirliyi büdcənin tərtibini və analizini də elektron sistemə keçirmək istəyir: «Eyni zamanda nazirliyin arxivini də tamamilə elektron şəklə salmağı planlaşdırırıq. Bununla bağlı tapşırıq verilib və artıq müəyyən işlər görülməyə başlanıb».
Seymur
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL