“Mozilla” və “Telefonica” şirkətləri yeni mobil platforma hazırlayacaqlar
"İCTnews" elektron xəbər xidməti "digit.ru" resursuna istinadən xəbər verir ki, populyar "Firefox" veb-səyyahının istehsalçısı "Mozilla" şirkəti və "Telefonica Digital" telekommunikasiya şirkəti birgə "HTML5" texnologiyası əsasında yeni mobil platforma hazırlamaq planları haqqında məlumat veriblər.
Şirkətlərin mətbuat xidmətlərinin məlumatına görə,"Mozilla" və "Telefonica Digital" şirkətlərinin hazırlamaq istədikləri yeni proqram-aparat arxitekturasında smartfonun əsas funksiyalarına (zəng, kontakt, SMS və s-yə) giriş belə səyyah vasitəsi ilə həyata keçiriləcək. Bundan əvvəl layihə yalnız "Mozilla" şirkəti tərəfindən hazırlanırdı və "Boot to Gecko" adını daşıyırdı.
Məlumat üçün qeyd edim ki, "HTML5" texnologiyasının əsas üstünlüklərindən biri onun universallığı hesab edilir. Belə ki, tərtibatçı (developer) proqramı bir dəfə hazırlayır və o, praktik olaraq istənilən qurğuda işləyir. Yalnız həmin qurğularda "HTML5" texnologiyasını dəstəkləyən səyyah quraşdırılması kifayətdir. Bundan əlavə, "HTML5" spesifikasiyasına daxil olan əsas texnologiyalar açıq xarakterlidir və onun istifadəsi üçün lisenziya məbləği ödəmək lazım deyil.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL