Cənub bölgələrdə NGN şəbəkəsi qurulur
Cənub bölgəsində rabitə şəbəkəsinin NGN texnologiyası əsasında qurulması istiqamətində tədbirlər görülür. Bu barədə İCTnews-a məlumat verən “Aztelekom”İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyev bildirib ki, Gəncə, Sumqayıt, Abşeron, Göyçay və Salyanın ardınca bu texnologiya Masallıda da tətbiq olunacaq. Qeyd edək ki, NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, İnternetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir. Bura çıxış zənglərinin məhdudlaşdırılması, nömrənin bağlanması, zəngli saat, giriş zənglərinin məhdudlaşdırılması, birbaşa yönəltmə, cavab olmayanda yönəltmə, məşğulluq zamanı yönəltmə, ikinci zəngin qəbulu, nömrənin məşğulluğu zamanı məşğulluq bitdikdə hər iki tərəfə zəng göndərilməsi, 3 və 64 nəfərlik konfrans-rabitə, konfrans-rabitə zamanı ikinci zəngin qəbulu, nömrənin təyin edilməsi, nömrənin gizlədilməsi, ehtiyatda olan nömrə gizlətmə və s. xidmətlər aiddir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL