waplog

Paytaxtda yeni multimedia taksofonları quraşdırılacaq


«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar olaraq mart ayında Bakı şəhərində yeni multimedia taksofonları quraşdırılacaq. “İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, məsələnin daha operativ şəkildə həll edilməsi məqsədilə tədbirlər planına uyğun olaraq işlərə başlanılıb.

Artıq Bakı Avtomat Telefon Qovşağı tərəfindən taksofonların dislokasiya yerləri Bakı şəhər İcra Hakimiyyətinə verilib. Hazırda icra hakimiyyətində məsələ üzərində iş aparılır. Bakıda quraşdırılacaq taksofonlar xüsusi dizayn ilə fərqlənməklə universal tipli olmaqla həm kartla, həm də qəpiklə işləyəcək ki, bir qədər əvvəl Bakıda quraşdırılan bu tip taksofonlar əhali tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə taksofonların üzərində ingilis dilində yazılar da olacağından ölkəmizə gələn qonaqların bu aparatlardan asanlıqla yararlanması mümkün olacaq.Taksofonların üzərində istifadə qaydaları, ölkələrin və rayonların kodları, köməkçi məlumatlar və s. olacaq ki, bu da istifadəçilərin rahatlığının təmin edilməsinə hesablanıb.

Yeni taksofonlar ilk növbədə şəhərin mərkəzində, daha sonra isə kənd və qəsəbələrdə yerləşdiriləcək.
Yeri gəlmişkən qeyd edək ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən müsabiqənin keçiriləcəyi arena  alternativ sürətli internetlə təmin edilməsi və bu məqsədlə müxtəlif istiqamətlərdə optik kabellərin çəkilməsi təmin edilib.


RƏVAN
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL