“IBM” və “HP” korporasiyaları heyətini azaldır
“İctnews” elektron xəbər xidməti “cybersecurity.ru” resursuna istinadən xəbər verir ki, “IBM” və “Hewlett-Packard” korporasiyaları bu gün, fevralın 29-u tarixində heyətin azaldılması haqqında məlumat veriblər.
“Alliance@IBM” Həmkarlar ittifaqının məlumatına əsasən, korporasiya əsasən ABŞ və Kanadada da 1000-dən çox işçinin çıxarılmasını planlaşdırıb. Buna səbəb korporasiyada yenidənqurma prosesinin keçirilməsidir.
Rəsmi məlumatlara əsasən, 2011-ci ilin sonunda “IBM” korporasiyasında 433362 işçi çalışıb.
Həmçinin “Hewlett-Packard” (HP) şirkəti 275 işçinin çıxarılması haqqında məlumat verib. Çıxarılan işçilər daha əvvəl “WebOS” əməliyyat sisteminin hazırlanması ilə məşğul olublar.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL