70 dollar dəyərində smartfon?
“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, “Google” şirkətinin Direktorlar şurasının sədri Erik Şmidt Barselonada keçirilən “MWC 2012” sərgisində çıxış edərkən bildirib ki, şirkət mobil biznes sahəsində böyük potensial görür. Onun fikrinə görə, smartfonların qiyməti aşağı düşəcək.
"Hazırda 400 dollar dəyərində olan telefon gələn il 100 dollara satılacaq" – “Google” şirkətinin nümayəndəsi bildirib və əlavə edib ki, əsas məqsəd 70 dollar dəyərində smartfon istehsal etməkdir.
Erik Şmidtin sözlərinə görə, “Google” şirkəti artıq mobil bazara xeyli təsir göstərib və şirkət bununla dayanmağa hazırlaşmır. "Əgər hər şey planlaşdırılan kimi alınsa, tezliklə “Android” qurğular hər kəsin cibində olacaq" - Direktorlar şurasının sədri qeyd edib. "Bizim bir çox partnyorlarımız 100-150 dollar dəyərində telefonlar istehsal edirlər, lakin əsas məqsəd 70 dollar dəyərində smartfon istehsalıdır" - Şmidt bildirib.
EMİL
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL