waplog

2011-ci il üzrə server bazarının nəticəsi elan edilib


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, 2011-ci ilin dördüncü rübündə server avadanlıq istehsalçılarının mədaxili 2010-cu il səviyyəsi ilə müqayisədə 5,4% azalıb, lakin tədarüklər 4,5% artıb,- “Gartner” analitik şirkətinin materiallarında belə qeyd edilib.

Ümumilikdə 2011-ci il ərzində ən böyük istehsalçıların mədaxili 7,9% artıb. “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə, “Hewlett-Packard” (HP) şirkəti isə tədarük edilmiş serverlərin sayına görə lider olub.

2011-ci ilin oktyabr ayında Taylandda baş vermiş daşqına görə yaranmış sərt disk çatışmazlığı tədarüklərdə problem yaradıb və bir çox avadanlıq təchizatçıları bazardakı tələbatla ayaqlaşa bilməyiblər.

2011-ci ilin dördüncü rübündə “IBM” korporasiyası satılmış serverlərdən əldə olunan mədaxil üzrə lider olub. Korporasiya dördüncü rübdə 4,7 milyard dollar həcmində mədaxil əldə edib və server bazarının 33,7%-nə nəzarət edir. Bununla belə, “IBM” şirkətinin mədaxili 2010-cu ilin dördüncü rübü ilə müqayisədə 10,2% azalıb.

Əsas server istehsalçılarından yalnız “Dell” şirkətində 2011-ci ilin dördüncü rübündə 7,3% satış artımı qeyd olunub. Həmçinin, şirkət server bazarındakı payını artırmağı bacardı.
Server tədarükləri üzrə isə “Hewlett-Packard” (HP) şirkəti lider olub. Lakin şirkətin tədarük üzrə bazar payı 1 il ərzində 8,1% azalıb.
 
EMİL


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL