waplog

“Azərpoçt” MMC canlı bağlantı təşkil edəcək


“Azərpoçt” MMC mart ayının 9-da saat 10:00-dan 12:00-dək vətəndaşların şikayət və təkliflərinin dinlənilməsi üçün canlı bağlantı təşkil edəcək. 498-79-77 saylı “Qaynar xətt” vasitəsilə Azərbaycan Respublikasında yaşayan vətəndaşların müraciətləri müəssisənin məsul işçiləri tərəfindən cavablandırılacaq. Burada vətəndaşlar onları poçt rabitəsi ilə bağlı narahat edən bütün fikirlərini səsləndirə bilər.

Növbəti rübdən isə yerlərdə vətəndaşların qəbulu təşkil olunacaq. “Azərpoçt” MMC-də  hesab edirlər ki, vətəndaşların irad və təklifi infrastrukturun davamlı inkişafına zəmin yaradır.   







RƏVAN


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL