“iPad 3” planşeti payızda istehsal ediləcək
Veb-mənbələrin məlumatına əsasən, Tayvan istehsalçıları yaxınlarda “Apple” “iPhone” kommunikatorunun yeni modeli və üçüncü nəsil “iPad” planşeti üçün elementlərin istehsalına başlayacaqlar.
“Simplo Technologies” və “Dynapack İnternational Technology” şirkətlərinin akkumulyator batareyalarının çatdırılmaları ilə məşğul olacağı bildirilib. “TPK Holding” və “Wintek” firmaları sensor panellərin, “Largan Precision” kamera modullarının hazırlanması ilə məşğul olacaqlar. Qurğuların quraşdırılması ilə “Foxconn Electronics” (Hon Hai Precision İndustry) məşğul olacaq.
Növbəti nəsil “iPhone” smartfonu, şayiələrə görə, 2 nüvəli A5 prosessoruna və 8 meqapiksel matrislə kameraya (iPhone 4-də 5 meqapiksellik kamera tətbiq edilib) malik olacaq. Yeni "Aypadaya" gəlincə, o, gözlənildiyi kimi, “iPad 2” ilə müqayisədə daha yüksək kəskinlikli ekran ilə təchiz ediləcək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL