waplog

“Bakcell” şirkəti “Bakcell məzunu” proqramının ikinci fazasını elan edir


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Qafqaz Universitetində “Bakcell məzunu” proqramının ikinci fazasını elan edib.

Layihənin əsas məqsədi “Bakcell”in Texniki, Marketinq, Satış və Maliyyə şöbələrində təcrübə keçmək üçün yüksək intellekt səviyyəsinə və akademik istedada malik olan sonuncu kurs bakalavr və magistratura tələbələrini seçməkdir. Layihənin ikinci fazası Qafqaz, Texniki, Xəzər və Bakı Dövlət universitetlərinin (Tətbiqi riyaziyyat və kibernetika fakültəsi) tələbələrini əhatə edəcək.

Uyğun namizədlərin seçim prosesi dörd mərhələdən ibarət olacaq: tərəfdaş universitetlərdə təqdimat, tərcümeyi-halların qəbulu və tələbələrin seçimi. İlk üç mərhələ 2012-ci il fevralın 20-dən aprelin 6-na qədər keçiriləcək. “Bakcell məzunu” proqramının bütün mərhələlərini uğurla başa vuran tələbələr “Bakcell” şirkətində 2012-ci ilin aprelin 10-dan iyunun 10-a qədər təcrübə keçmək imkanı qazanacaqlar.

Bütün “Bakcell” məzunlarına 250 AZN məbləğində təqaüd ödəniləcək. Ən uğurlu “Bakcell” məzunları karyeralarını “Bakcell” şirkətində davam etdirmək imkanını əldə edəcəklər.
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL