Polis Bakıdakı internet-klublarda reydlərə başlayır
Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Baş Təhsil İdarəsi paytaxtın bütün ərazilərində yerləşən internet-klublarda reydlərə başlayır. «İCTnews" elektron xəbər xidmətinə bu haqda Bakı şəhər Baş Təhsil İdarəsinin şöbə müdiri Zəminə Əliqızı məlumat verib.
O, «lent.az»-a açıqlamasında deyib ki, reydlərin keçirilməsində əsas məqsəd internet-klublarda vaxt keçirən məktəb şagirdlərini müəyyənləşdirməkdir. Belə ki, polis əməkdaşları ilə birgə keçiriləcək reydlər zamanı internet-klublarda yaxalanan məktəblilərin dərsdən yayınıb-yayınmamağı dəqiqləşdiriləcək.
Əgər həmin şagirdin dərs vaxtı klubda olması müəyyən edilsə, dərhal aidiyyəti məktəb rəhbərliyinə məlumat veriləcək, şagirdin sinif jurnalındakı davamiyyətinin necə qeydiyyata alındığı yoxlanılacaq. Həmçinin, məktəb rəhbərliyindən şagirdin nə üçün sinifdə olmadığı soruşulacaq. Bunun nəticəsində də işinə biganə yanaşan məktəb rəhbərlikləri müəyyənləşdiriləcək və cəzalandırılacaq.
Əgər şagirdin, ümumiyyətlə, məktəbə getməməsi müəyyən edilsə, dərhal onun valideyninə məlumat veriləcək. Valideynlərlə iş aparılacaq.
Yaxın günlərdə reydlərin başlanması gözlənilir.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL