waplog

“NASA” itirə-itirə “gedir”


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, Amerika Aerokosmik Agentliyi (NASA) 2009-cu ilin aprelindən 2011-ci ilin aprelinə kimi olan dövrdə 48 məlumat daşıyıcısı itirib. Bu barədə "NASA"-nın baş inspektoru Pol Martinin ABŞ Konqresinin Nümayəndələr Palatasının komitələrindən birinə təqdim etdiyi məruzəsində qeyd olunub.

Pol Martinin məlumatına görə, 2011-ci ilin mart ayında Beynəlxalq Kosmik Stansiya üçün əmrlər alqoritmlərinin olduğu portativ kompyuter oğurlanıb.

Bundan əlavə, "NASA" nümayəndəsi, həmçinin məlumat verib ki, Aerokosmik Agentliyinin kompyuter sistemləri 2 il ərzində 5400 dəfə kiberhücumlara məruz qalıb. "NASA" hesab edir ki, bu hücumların əksəriyyətinin arxasında müxtəlif xarici dövlətlərin kəşfiyyat orqanları dayanır.
 


EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL