waplog

Naxçıvanda “Dövlət Proqramı” uğurla icra olunur


Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, nazirlik tərəfindən “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nda (Elektron Azərbaycan)” muxtar respublikaya aid edilən vəzifələr uğurla həyata keçirilir.

Naxçıvan MR-də bu sahədə görülən işlər çərçivəsində dövlət qulluqçularının informasiya texnologiyalarından istifadə səviyyəsinin yüksəldilməsi məqsədilə kurslar təşkil edilib, 71 dövlət təşkilatına elektron poçt ünvanları və domen adları verilməklə, veb-səhifələri hazırlanaraq qlobal şəbəkədə yerləşdirilib.

Dünya Bankı ilə Azərbaycan Hökuməti arasında imzalanmış “Maliyyə xidmətlərinin inkişafı” layihəsinə uyğun olaraq muxtar respublikada 70 poçt şöbə və bölməsinin avtomatlaşdırılması üçün kompyuterlər yerləşdirilərək rayon mərkəzlərinədək şəbəkənin qurulması başa çatdırılıb.


CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL