waplog

Britaniyanın “ARM” şirkəti mobil sahəni tərk etmək niyyətindədir?!


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Britaniyanın “ARM Holdings” şirkəti öz gücünü server bazarında yoxlamağı planlaşdırır. Məlumat üçün bildirim ki, şirkətin prosessorları demək olar ki, bütün müasir mobil qurğularda quraşdırılıb.

Barselonada keçirilən “MWC 2012” sərgisində jurnalistlər önündə çıxış edən “ARM” şirkətinin texniki direktoru Mayk İnqlis məlumat verib ki, onlar artıq Amerikanın “Hewlett-Packard” (HP) korporasiyası ilə əməkdaşlıq edirlər. Belə ki, şirkətin prosessorları “HP” maşınlarına quraşdırılmalıdır. Gələcəkdə digər şirkətlərlə də əlaqə qurmaq planlaşdırılır.

Beləliklə, Britaniya çip istehsalçısı server maşınları və korporativ şəbəkələr üçün prosessorlar istehsal etmək niyyətindədir.
 


 
EMİL
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL